Həftəsonu rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi keçiriləcək. Day.Az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, imtahanlar mayın 3-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan üçün ümumilikdə 2390 şəxs qeydiyyatdan keçib.