Yuxu dövrləri ilə bağlı aparılan izahlar göstərir ki, insan yuxusu fasiləsiz proses deyil və gecə boyunca 90-110 dəqiqəlik dövrlər şəklində davam edir. Day.Az xəbər verir ki, hər dövrün sonunda beynin təbii olaraq daha yüngül yuxu mərhələsinə keçməsi qısa oyanışların baş verməsinə səbəb ola bilər.